Liderlərdən öyrən


Əsas məqsədimiz gələcək peşə karyeralarını maliyyə sahəsində qurmaq və inkişaf etdirmək istəyən insanlara dəstək vermək həmçinin tələbələrimizə peşəkar və qüsursuz dərs sistemi ilə qısa müddət ərzində ən yaxşı nəticələr əldə etməyə kömək etməkdir.

© 2019 Honours Academy. Bütün hüquqlar qorunur. | Məxfilik siyasəti

×TəqaüdlərTəlimlərMəzunlarXəbərlərACCA imtahanlarıVakansiyalarHaqqımızdaÖdəniş
Honours Academy
Honours Academy
Honours Academy
Honours Academy
Ödəniş

EN

AZ

Hesaba giriş Hesaba giriş

ACCA CBE imtahanı üçün müraciət ACCA CBE imtahanı üçün müraciət

Beynəlxalq mühasibat uçotu kursları İngilis dili kursları acca kurslari cfa kurslari kafeller

Məzunlar

 

  Honours Academy olaraq ən çox diqqət etdiyimiz prioritet sahələrdən biri məzun şəbəkəsi üçün həyata keçirdiyimiz fəaliyyətlərdir. Belə ki, region üzrə maliyyə sahəsində ən böyük kadr bankına sahib olmağı qarşısına hədəf qoyan Honours Academy öz məzunları üçün işə götürən şirkətlərin prioritet ehtiyaclarına cavab verən və qlobal dünyada uğurlu rəqabət aparacaq yüksək bacarıqlı istedadların kadr bazasını yaradaraq gələcək ekspertlər üçün inkubator rolunu oynayır. 

 

  Dünyanın ən qabaqcıl təhsil fondları tərəfindən irəli sürülən bir sıra modellər üzərində qurulmuş disiplin və keyfiyyətli təhsil sistemindən istifadə edərək tələbələrini indidən iş mühiti üçün əvəzolunmaz bir əməkdaş olaraq yetişdirən Akademiyamız həmin tələbələri "Kadr Bankı"-na əlavə edir. 

 

  Tərəfdaşlıq etdiyimiz şirkətlərin müraciəti və bizim tövsiyyəmiz əsasında məzunlarımızı yaranmış vakant yerlərə yönləndirərək onların işlə təmin edilməsində vasitəçi rolunu oynayırıq. Qurduğumuz tərəfdaşlıqlar çərçivəsində təlimlərimizdən məzun olmuş və tədris müddəti ərzində zəkası, şəxsi keyfiyyətləri, punktuallığı və digər müsbət bacarıqları ilə fərqlənən məzunlarımızı tərəfdaş şirkətlərin müraciəti əsasında vakant pozisiyalar üzrə yönləndirəcəyimizi heç bir qarşılıq güdmədən öhdəmizə götürürük.

 

  Biz Honours Academy olaraq informasiyaların çox asan və tez bir zamanda əldə etməyin mümkün olduğu dövrdə yaşadığımızı anlayır, qeyd ediləcək yanlış məlumatların fəaliyyətimizi, şəffaflığımızı və korporativ imicimizi kölgə altına salacağı məsuliyyətini dərk edirik. Odur ki, bəyan edirik ki, yalnız çox ciddi nəzarət prosesindən və test mərhələsindən keçmiş, eləcə də haqqında əldə edilməsi zəruri olan bütün informasiyalar tam yoxlanılmış məzunlarımız "Kadr Bank"-ına əlavə edilirlər. Nəticədə, vakansiyalar üzrə bizə müraciət edildiyi halda yalnız öz fərqlənmə nişanımız vurulmaqla hazırlanmış namizədə məxsus CV və Niyyət məktubu şirkətlərə göndərilmiş olur.