Liderlərdən öyrən
Əsas məqsədimiz gələcək peşə karyeralarını maliyyə sahəsində qurmaq və inkişaf etdirmək istəyən insanlara dəstək vermək həmçinin tələbələrimizə peşəkar və qüsursuz dərs sistemi ilə qısa müddət ərzində ən yaxşı nəticələr əldə etməyə kömək etməkdir.
© 2019 Honours Academy. Bütün hüquqlar qorunur. | Məxfilik siyasəti
AZ
2025-06-20 09:37:04
ACCA (The Association of Chartered Certified Accountants) – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiyasiyası – dünyada ən geniş yayılmış beynəlxalq professional assosiyasiyadır. Bu assosiyasiyada 178 ölkədən 527.000 tələbə və 219.000 üzv qeydiyyatdadır. ACCA maliyyə və audit müəssisələrində, mühasibat sahəsində, banklarda işləmək istəyən professionallar üçün xüsusi diplom verir. Diplom 13 imtahandan müvəffəqiyyətlə keçən iştirakçılara verilir.
İmtahanlar 2 hissədən ibarətdir:
Fundamentals:
Business and Technology BT - Biznes Texnologiyası
Management Accounting MA - İdarəetmə uçotu
Financial Accounting FA - Maliyyə uçotu
Qeyd: Bunlar Applied Knowledge Modulu adlanır və əsas anlayışları əhatə edir.
Corporate and Business Law LW - Korporativ hüquq
Performance Management PM - Səmərəliliyin idarə edilməsi
Taxation TX - Vergi
Financial Reporting FR - Maliyyə hesabatları
Audit and Assurance AA - Audit və onu müşayət edən xidmətlər
Financial Management FM - Maliyyə menecmenti
Qeyd: Bunlar Applied Skills Modulu adlanır və mənimsənilməsi vacib olan texniki sahələri əhatə edir.
Strategic Professional:
Strategic Business Leader SBL - Strateji Biznes Lider
Strategic Business Reporting SBR* - Strateji Biznes Hesabatı
Qeyd: Bunlar Essentials Modulu adlanır və əsas fənləri əhatə edir.
Advanced Financial Management AFM - Maliyyə menecmenti
Advanced Performance Management APM - Səmərəliliyin idarə edilməsi
Advanced Taxation ATX* - Vergilər
Advanced Audit and Assurance AAA* - Audit və onu müşahidə edən xidmətlər
Qeyd: Bunlar Options Modulu adlanır və əsas fənləri əhatə edir.
ACCA kvalifikasiyaları barədə daha ətraflı məlumatı linkə daxil olaraq, əldə edə bilərsiniz: https://www.accaglobal.com/us/en/student/exam-support-resources.html#
Bəs ACCA imtahanlarına necə müraciət olunur və imtahanda kimlər iştirak edə bilər?
ACCA peşəkar kvalifikasiyalarına qeydiyyatdan keçmək və imtahan verə bilmək üçün müəyyən şərtlərə cavab verməklə ACCA-yə tələbə kimi qeydiyyatdan keçməli və əsas şərtləri təmin etməlisiniz. Bu şərtlərə daxildir:
- Minimum 1 illik bakalavr dərəcəsi üzrə təhsili uğurla bitirmək
Müraciət üçün https://www.accaglobal.com/acca-registration-intro.html ünvanına daxil olaraq orada asanlıqla online şəkildə qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat üçün təqdim olunmalı sənədlər:
- Şəxsiyyətinizi təsdiq edən sənəd (Şəxsiyyət vəsiqəsi və ya Ümumvətəndaş pasportu)
- Ali təhsil haqqında sənəd (diplom və ya arayış)
Qeyd: Sənədlər ingilis dilində deyilsə, onlar tərcümə edilib notarial qaydada təsdiq edilməlidir.
ACCA imtahanlarına hazırlaşmaq üçün siz, ya ACCA tərəfindən rəsmi akkreditasiya olunmuş təlim mərkəzlərində təhsil ala, ya self-study adlandırdığımız metoddan istifadə edərək özünüz hazırlaşa, ya da distance-learning adlanan online təlim proqramlarına qeydiyyatdan keçməklə hazırlaşa bilərsiniz.
ACCA imtahanlarının formatı komputer əsaslı və yazılı formada olur. Bütün fənlərin keçid balı minimum 50%-dir. (100%-dən)
ACCA peşəkar kvalifikasiyası bütün dünyada yalnız ingilis dilində tərtib olunur. Azərbaycanda bəzi tədris mərkəzləri ACCA proqramından və tədris materiallarından istifadə edərək azərbaycan dillində bu təhsili verir. Amma qeyd edək ki, nəticədə əldə olunan sertifikatlar ACCA və eləcə də demək olar ki, heç bir xarici şirkət tərəfindən tanınmır.
Qeyd edək ki, müəyyən şərtlər daxilində ACCA–in yuxarıda adı çəkilən 15 imtahanından 9-dan azad olma imkanı da var. Yəni ixtisasa uyğun olaraq hazırlaşmadan və imtahan vermədən ACCA-in sözügedən rəsmi imtahanlarından azad olmaq imkanı var.
Necə?
Siz ACCA üçün ilkin qeydiyyatdan keçərkən təqdim etdiyiniz təhsil sənədlərinizə əsasən ACCA tərəfindən sizə imtahandan azadolunma (Exemption) təklifləri gələ bilər. Siz ya qəbul edib imtahandan azadolma rüsumunu ödəməklə imtahandan azad ola, ya da imtina edib hazırlaşmaqla imtahana girib sertifikat əldə edə bilərsiniz.
Qeyd edək ki, imtahanda iştirak edib sertifikat almaqdan fərqli olaraq, azadolunmada sadəcə bu imtahandan azad olunduğunuzla bağlı myACCA hesabınızdakı transkriptinizdə qeyd olacaqdır və heç bir keçid balı qeyd olunmayacaq.
Exeptionlar barədə daha ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.accaglobal.com/us/en/student/getting-started/exemptions.html
Həmçinin ACCA-in saytında Tələbə bölməsinə (www.accaglobal.com/gb/en/student.html) daxil olaraq imtahan qaydaları, tədris materialları, PER, minimum tələblər, azadolmalar, Ethics modulu və s haqqında daha ətraflı məlumat əldə edə bilərsiniz.
Əlavə məlumatlar üçün ACCA-yə də müraciət edə bilərsiniz:
ACCA Connect
110 Queen Street, Glasgow G1 3BX
United Kingdom
T: +44 (0)141 582 2000