Liderlərdən öyrən


Əsas məqsədimiz gələcək peşə karyeralarını maliyyə sahəsində qurmaq və inkişaf etdirmək istəyən insanlara dəstək vermək həmçinin tələbələrimizə peşəkar və qüsursuz dərs sistemi ilə qısa müddət ərzində ən yaxşı nəticələr əldə etməyə kömək etməkdir.

© 2019 Honours Academy. Bütün hüquqlar qorunur. | Məxfilik siyasəti

×TəqaüdlərTəlimlərMəzunlarXəbərlərACCA imtahanlarıVakansiyalarHaqqımızdaÖdəniş
Honours Academy
Honours Academy
Honours Academy
Honours Academy
Ödəniş

EN

AZ

Hesaba giriş Hesaba giriş

ACCA CBE imtahanı üçün müraciət ACCA CBE imtahanı üçün müraciət

Beynəlxalq mühasibat uçotu kursları İngilis dili kursları acca kurslari cfa kurslari kafeller
DipIFR nədir?
DipIFR nədir?

2025-06-14 11:50:50


DipIFR (Diploma in International Financial Reporting) - dünyanın ən böyük mühasibatlıq qurumlarından biri olan ACCA tərəfindən verilən və bütün dünyada tanınan bir diplomdur. Bu gün Azərbaycanda fəaliyyət göstərən əksər şirkət və qurumlar bu standartları bilən mütəxəssislər tələb edir.

Kimlər DipIFR imtahanı vermək hüququna malikdirlər?

Özəl və ya dövlət sektorunda çalışan maliyyəçilər, mühasiblər, auditorlar və ya bu sahələrdə çalışmaq istəyən şəxslər, qızıl zəmanət və 100% təhsil təqaüdü ilə təklif edilən DipIFR rəsmi imtahanı üçün təlimlərimizə qatılın və təhsil təqaüdü əldə edib rəsmi imtahanda uğur əldə edənlərdən biri də məhz siz olun.

DipIFR imtahanına qeydiyyatdan keçmək üçün ACCA aşağıdakı 3 tələbdən birinin yerinə yetirilməsini tələb edir:

* Mühasibatlıq sahəsi üzrə 2 illik iş təcrübəsi və BT, MA, FA və LW imtahanlarını ( Exemption və ya imtahan olaraq) tamamlamaq;

* Mühasibatlıq sahəsi üzrə 2 illik iş təcrübəsi və ACCA IFRs sertifikatına sahib olmaq;

* Mühasibatlıq sahəsində 3 illik iş təcrübəsi

Bu 3 tələbdən hər hansı birinə uyğun gələn namizədlər ilkin qeydiyyat (40 GBP) və imtahan ödənişini (136 GBP) ödəməklə DipIFR imtahanına qeydiyyatdan keçə bilərlər.

 

DipIFR imtahanı hesablama və test suallarının qarışığından təşkil olunmuş 2 hissədən ibarət olmaqla yazılı formada keçirilir. İmtahan müddəti 3,5 saat olur və imtahanı uğurla bitirmək üçün minimum 50% və ya daha yüksək nəticə tələb olunur. DipIFR imtahanı il ərzində 2 dəfə (İyun və Dekabr aylarında) rəsmi ACCA imtahan mərkəzlərində keçirilir.

DipIFR sizə nələr qazandıracaq:

• Beynəlxalq Maliyyə Hesabatları Standartları üzrə bütün dünyada tanınan Diplom
• Beynəlxalq Maliyyə Hesabatları Standartları (BHMS) prinsip və qaydaları üzrə dərin biliklər
• Maliyyə hesabatları elementlərinin anlayışı, qiymətləndirilməsi, təqdimatı və açıqlanması üçün BHMS tələbləri üzrə bilik
• Maliyyə hesabatlarının BHMS standartlarına uyğun olaraq hazırlanması üçün vacib bacarıqlar 
• BHMS – də istifadə olunan ərizə formunun işlənilməsi və inkişaf etdirilməsində professional qərar qəbuletmə üzrə təcrübə 

 

ACCA-in rəsmi saytına keçid edərək, DipIFR təlimi barədə daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:

https://www.accaglobal.com/lk/en/qualifications/glance/dipifr/how.html