Liderlərdən öyrən
Əsas məqsədimiz gələcək peşə karyeralarını maliyyə sahəsində qurmaq və inkişaf etdirmək istəyən insanlara dəstək vermək həmçinin tələbələrimizə peşəkar və qüsursuz dərs sistemi ilə qısa müddət ərzində ən yaxşı nəticələr əldə etməyə kömək etməkdir.
© 2019 Honours Academy. Bütün hüquqlar qorunur. | Məxfilik siyasəti
AZ
“Honours Academy - Institute of Finance” daha geniş miqyaslı xidmət şəbəkəsinə malik olmaq məqsədi ilə fəaliyyətini daha da genişləndirir.
Bu məqsədlə Honours Academy aşağıdakı təlim proqramları üzrə enerjili, ünsiyyətcil, məsuliyyətli, səbrli, səlis nitq qabiliyyətinə malik professional təlimçilər axtarışındadır:
ACCA,
DipIFR
CFA
CIMA
CIA
FRM
SAP
Finance, Excel və digər maliyyə yönümlü təlimlər.
Əmək haqqı yüksək olmaqla yanaşı, tədris fəaliyyətinin nəticələrinə əsasən fərqlənən müəllimlərə aylıq maaşdan əlavə bonuslar təqdim edilir. Bundan əlavə, Honours Academy-nin professional təlimçi və işçi heyəti təlimlərin təşkil edilməsi prosesində bütün digər təlimçilərə dəstək göstərirlər.
Tələblər:
• Güclü analitik bacarıqları və müzakirələrə həvəsləndirmək, eləcə də mürəkkəb məsələlərin anlaşılmasına kömək etmək üçün informasiyanın aydın, sadə və neytral şəkildə çatdırmaq bacarığı
• Komandada işləmə bacarıqları və müxtəlif təhsil və təcrübəyə malik insanlarla ünsiyyət qabiliyyəti
• Xaricdə təhsil almalı və ya hər hansısa sertifikatlaşdırma proqramı üzrə bütün dərəcələri əldə etmiş olmalı
• Təlimçilik üzrə təcrübəsi olmalı və ya universitetdə müəllim kimi çalışmalı
• Təhsil sahəsinə aid innovativ və kreativ metodlar aşkarlamalı və bu metodlardan istifadə etməyi bacarmalı
• Honours Academy-nin əlaqələrinin inkişafı sahəsindəki işini, baxışını, məqsəd və dəyərlərini anlamalı və onlara əməl etməli
*Top reytinqə malik universitetlərdə təhsil almış, eləcə də tanınmış şirkətlərdə aparıcı vəzifələrdə çalışan şəxslərə üstünlük veriləcəkdir.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini mövzu yerinə müraciət etdiyi təlim proqramının adını qeyd edərək cv@honours.academy elektron ünvanına göndərə bilərlər.